Banklararası Valyuta Birjası

ölkənin mərkəzi bankının lisenziyası əsasında xarici valyutaların alqı-satqısını həyata keçirən ixtisaslaşmış birja.
Banklararası Pul Bazarı
Banklardan Kənar Nağd Pul
OBASTAN VİKİ
Bakı Banklararası Valyuta Birjası
Bakı Banklararası Valyuta Birjası (BBVB) — 1993–2014-cü illərdə fəaliyyət göstərmiş və rəsmi olaraq 2022-ci ildə ləğv edilmiş Azərbaycan birjası. Azərbaycanda və Qafqaz regionunda ən iri birja təsisatı olmuşdur. == Fəaliyyəti == 1993-cü ilin 26 iyul tarixində Milli, Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları tərəfindən təsis edilmişdir. 2003-cü ilə qədər burada 2 mindən çox ticarət sessiyası keçirilmişdir, 2013-cü ilə qədər bu say 6,900-a çatmışdır. Bağlanmış valyuta əqdlərinin ümumi həcmi, təxminən 3 milyard dollar, manat ekvivalentində isə 12 trilyon manatdan çox olmuşdur. 1995-ci il martın 31-dən bu günədək BBVB-də Azərbaycan Milli Bankının kredit hərracları keçirilir və bu hərraclarda kommersiya bankları 900 milyard manat borc götürmüşlər. 1996–1999-cu illərdə dövlət istiqrazları üzrə hərracların həcmi 694,15 milyard manat təşkil etmişdir. BBVB-nın səyləri sayəsində Azərbaycanda bankların əksəriyyəti elektron hərraclarının iştirakçısı olmuş, ötən il iyulun 9-dan BEST sistemində 85 milyon dollar məbləğində əqdlər bağlayaraq, valyuta risklərini və qısamüddətli likvidliyi daha operativ və kompleks şəkildə idarə etmək imkanı qazanmışdır. BBVB və onun səhmdarlarının Azərbaycanda ilk dəfə reallaşdırdığı layihələr arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli Emissiyalarının (DQİ) dövriyyəsinə xidmət göstərilməsi, səhmlərlə birinci birja ticarətlərinin təşkili, dövlət qiymətli kağızları ilə əməliyyatların uçotu üçün elektron depozitarinin yaradılması, listinq üzrə xüsusi Komissiyanın təsis edilməsi, birinci banklararası kredit hərracları, həmçinin universal ticarət-hesablama birja kompleksinin işə buraxılması var. Birja 2001-ci ildə BEST informasiya-ticarət sistemi işə buraxmışdır.
Valyuta
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Amsterdam birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. 1876-cı ildə yaranmışdır.
Brüssel birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Frankfurt birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. 1585-ci ildə yaranmışdır.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. 1808-ci ildə yaranmışdır.
Paris birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
İstanbul Birjası
İstanbul Birjası , ya da BİST 1985-ci ildən "İstanbul Menkul Kiymetler Borsası" olaraq fəaliyyətə başlayıb, 5 Aprel 2013-cü ildə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirərək İstanbul birjası (BIST) olaraq fəaliyyətinə davam edir. Ayrıca "Yatırıma dəyər!" rəsmi sloqan olaraq qəbul edilmişdir. 24 Fevral 2017-ci ildə yayımlanan qərarnamə ilə dövlətə aid bütün hissələrin Türkiyə Varlıq Fonduna dövr edilməsi qərarlaşdırılmışdır. 13 iyun 2017-ci il tarixində BİST 100 indeksi 100000 səviyyəsinə qədər yüksəldi. 27 iyul 2020-ci ildə indeks 23 il öncəki halına qaytarılaraq iki sıfır atılmışdır. Rəsmi qəzetin 18183 sayında 6 oktyabr 1983-cü il tarixində "Menkul Kiymetler Borsaları hakkında 91 saylı qanun hökmündə qərarnamə" yayımlandı. 6 oktyabr 1984-cü il tarixli, 18537 saylı rəsmi qəzetdə yayımlanan "Menkul Kıymetler Borsalarının Kuruluş ve Çalışma Esasları Hakkında Yönetmelik" ilə Türkiyədə menkul qiymətlər birjalarının quruluş, çalışma və birjada alqı-satqı əsasları ilə birja üzvlərinin quruluş, çalışma və məsuliyyətləri göstərilmişdir. İlk əməliyyatlar 3 yanvar 1986-cı ildə 19 hissə sənədi ilə başladı. İstanbul Birjası 3 il üçün seçilən və 9 üzvdən ibarət olan İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti sədri İdarə heyəti tərəfindən seçilir.
Əmtəə birjası
Əmtəə birjası — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Birja onunla əlamətdardır ki, burada ticarət müntəzəm təşkil edilir, malın keyfiyyətinə, şəraitinə və tədarük vaxtına olan tələblər eyniləşdirilmiş (unifikasiya olunmuş) olur, alıcıların və satıcıların qarşılıqlı təkliflərinə, sonradan sazişlər bağlanmasına əsaslanır. Birjalar xüsusi adamların assosiasiyası kimi təşkil olunur, çox vaxt korparasiya kimi birləşmiş olur və məqsəd isə, ticarəti rahatlaşdırmaq və ucuzlaşdırmaqdır.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Regional valyuta
Regional valyuta (ing. Local currency, alm. Regionalgeld‎, fr. Monnaie locale) — yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilmiş reginal pul vahidi. Regional valyuta ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. Margrit Kennedy, Bernard A. Lietaer: Regionalwährungen. Riemann, München 2004. ISBN 3-570-50052-7. Mathias Weis, Heiko Spitzeck: Der Geldkomplex.
Valyuta bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Valyuta müdaxiləsi
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta riskləri
Valyuta riskləri (ing. exchange rate exposure) - xarici ticarət, kredit, valyuta əməliyyatları, fond və əmtəə birjalarında əməliyyatlar aparılarkən xarici valyutanın milli valyutaya nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar valyuta itkiləri təhlükəsi. Bu təhlükə açıq valyuta mövqeyi olduqda yaranır. İxracatçılar və idxalatçılar üçün valyuta riskləri, qiymət valyutası onlar üçün xarici valyuta olduğu halda yaranır. Onlar kontraktın bağlanması ilə kontrakt üzrə ödəniş arasındakı müddətdə maddi itkiyə məruz qala bilərlər. Lakin məzənnələr əks istiqamətdə dəyişdikdə ixracatçılar və idxalatçılar ziyana düşür. Əgər borcluların borcu və kreditorların krediti başqa ölkələrin valyutası şəklində ifadə edilmişdirsə, borclular və kreditorlar, xarici valyuta şəklində avuarlann saxlayıcılan, dövlət təşkilatlan və banklar, eləcə də ölkələrin rəsmi valyuta ehtiyatlan valyuta risklərinə məruz qala bilərlər. Ölkələrin valyuta risklərindən müdafiə vasitəsi, ilk növbədə, forvard kontraktlan və svoplar haqqında sazişlərdir. Valyuta risklərini minimallaşdırmağın əsas istiqamətləri: tədiyə valyutası kimi milli valyutadan istifadəsi, müqaviləyə valyuta məzənnəsinin dəyişməsindən asılı olaraq pul öhdəliklərinin dəyişməsi haqqında şərtlər daxil edilməsi, valyuta fyuçerslərinin köməyi ilə hecirləmə. Valyuta risklərinin üç növü fərqləndirilir: Gələcəkdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində aktivlərin və passivlərin dəyəri dəyişə bilər.
Valyuta siyasəti
Valyuta İnstitutu
Valyuta İnstitutu (ing. monetary institute) – ixtiyari pul siyasəti qarşısında sabit məzənnəni qorumaq üçün hazırlanmış valyuta lövhəsi ilə mərkəzi bank arasındakı pul hakimiyyətinin ara forması. Valyuta İnstitutu mərkəzi bankın sonraki prototipidir. İlk pul quruluşunun 1861-ci ildə, Hindustanın geniş bölgəsinin İngilis müstəmləkəsi olduğu zaman Britaniya Hindistanda qurulduğuna inanılır. 1861-ci ildə koloniya kağız pullar haqqında bir qanun qəbul etdi, ona görə xüsusi banklardan pul çıxarmaq hüququ Hindistanın müstəmləkə hökumətinə verildi. Xüsusi bank qeydləri 1867-ci ilə qədər dövriyyədə olmağa davam etdi. Pul məsələsinin yeni təşkilati-hüquqi forması qarışıq xarakter daşıyırdı. Rəsmi emitent Maliyyə Nazirliyinin Kağız Pulların Çıxarılması Departamenti tərəfindən təmsil olunan Hindistanın müstəmləkə hökuməti idi. İngiltərə Bankı banknotların buraxılmasından texniki olaraq məsuliyyət daşıyırdı. Pul dövriyyəsinin təşkili müstəmləkə hökumətinin agentləri rolunda səlahiyyətli banklar tərəfindən həyata keçirildi.
Xarici valyuta
Valyuta dəyişdirilməsi
Valyuta dəyişdirilməsi (ing. currency substitution) — milli pulun tədavül vasitəsi kimi xarici valyutalarla əvəz edilməsi və qanuni ödəniş vasitəsi statusu almış xarici valyutalar olmadan əmanət. İqtisadi dildə valyuta əvəzlənməsi oxşar hadisəni — qeyri-rəsmi (faktik, qismən, kölgə) dollarlaşmanı təsvir edən dollarlaşmanın formalarından biri ilə sinonimdir. İqtisadiyyat nəzəriyyəsində "valyuta əvəzi" anlayışı 1977-ci ildə Buenos-Ayres Universitetində (Argentina) işləyərkən Gilermo Kalvo və Karlos Rodriges tərəfindən təqdim edilmişdir. İfadə onlar tərəfindən valyuta əvəzlənməsi baxımından real məzənnənin təhlili çərçivəsində istifadə olunub. İlk tədqiqatçıların gəldiyi əsas nəticə ondan ibarət idi ki, valyuta əvəzetməsi olduğu halda pul kütləsinin artması milli valyutanın dəyərdən düşməsinə səbəb olur. Bu termin iqtisadi ədəbiyyatda 1970-ci illərdən, inkişaf etməkdə olan iqtisadiyyatlarda valyutanın deregulyasiyası və maliyyə bazarlarının liberallaşdırılması proseslərinin başladığı vaxtdan fəal şəkildə istifadə olunur. Valyuta əvəzlənməsinin iki əsas anlayışı var. Onlardan biri Qilyermo Kalvo və Karlos Veq (Cons Hopkins Universiteti) tərəfindən hazırlanmışdır. Onların variantında valyuta əvəzedicisi xarici valyutanın daxili bazarda tədavül vasitəsi kimi istifadə edilməsidir.